Tuxel Di Mariyanı təriflədi
27.02.2019 , 16:39

PSJ klubunun çalışdırıcısı Tomas Tuxel Anxel Di Mariyanı tərifləyib.
Argentinalının oyun tərzini bəyəndiyini vurğulayan alman mütəxəssis sözlərinə bunları əlavə edib:
“Di Mariya çox ağıllı və yüksək xarakterə malik oyunçudur. Məşqlərə hər zaman birinci gəlir və öz üzərində daim çalışır. Onun kimi futbolçuya sahib olduğum üçün xoşbəxtəm.”
Qeyd edək ki, 2015-ci ildən PSJ klubunun formasını geyinir.
