Turun oyunçusu Rəhman oldu
23.10.2019 , 12:17

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 8-ci turunun ən yaxşı futbolçusu məlum olub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 318 göstərici ilə “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevdir.
Rəhman “Zirə”yə qarşı görüşdə (3:0) 90 dəqiqə meydanda olub və məhsuldar ötürmə ilə yadda qalıb.
