Turun ən yaxşısı seçildi
31.10.2019 , 16:02

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün IX turunun ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, 320 göstərici ilə “Neftçi”nin hücumçusu Baqali Dabodur.
Fransız futbolçu “Sumqayıt”a qarşı görüşdə (4:2) 90 dəqiqə meydanda olub, 2 qol və komandasına penalti qazandırmaqla yadda qalıb.
