Topaz Premyer Liqasında 14-cü turun rəmzi komandası məlum olub.
Korner.az “İnstat Footbal”a istinadən turun rəmzi komandası və ən yaxşı futbolçusunu sizə təqdim edir.
qapıçı – Lukaş Sapela (Rəvan);
müdafiəçilər – Arif Daşdəmirov (İnter), Brüs Abdulaye (İnter), İvan Benitez (İnter), Ruslan Əmircanov (İnter);
yarımmüdafiəçilər – Vaqif Cavadov (İnter), Abdulla Abatsiyev (İnter), Çumbinyo (Qarabağ), Aleksandr İaşvili (İnter);
hücumçular – Sezar Meza Kolli (İnter), Rauf Əliyev (Bakı).
Ən çox qayda pozan oyunçu Sezar Meza Kolli (İnter), qayda pozuntusuna ən çox məruz qalan isə Draqan Çerandır (Simurq). Xuan Fransisko (AZAL) rəqibindən ən çox top alan futbolçudur. Hava mübarizələrində Brüs Abdulaye (İnter), ötürmələrdə isə Rəşad Sadiqov (Neftçi) fərqlənib.
Turun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı futbolçusu Aleksandr İaşvilidir.
