Turun ən yaxşı futbolçusunun adı açıqlandı
08.03.2019 , 13:32

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIX turunun ən yaxşı futbolçusu məlum olub.
Bu, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdur. Mahmudov “Sabah”a qarşı görüşdə 1 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Araşdırmalara əsasən Emin Mahmudov turun ən yaxşı indeksə malik futbolçusudur.
