Turun ən yaxşı futbolçusu seçildi
03.10.2019 , 19:18

“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının VI turunun ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, 338 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Markos Maderadır.
İspan oyunçu “Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olub, məhsuldar ötürmə və açar ötürmə ilə yadda qalıb.
