“Turnirlə vidalaşdıq” – Lempard
19.04.2023 , 14:57

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a uduzduqları (0:2) oyundan sonra açıqlama verib.
Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:
“60 dəqiqə yaxşı oynadıq. İmkanlarımız oldu və yararlana bilmədik. Turnirlə vidalaşdıq, oyunumuzu tərifləmək istəmirəm, hər şey bitdi. Mən heç kimə təşəkkür etməyəcəyəm, özümüzü sübut etməliyik. Bayrağı endirmək olmaz.
İlk qolu səhvimizə görə buraxdıq. Rəqibə imkan yaratdıq ki, fərqlənsinlər”.
