Avropa Liqasının 1/16 mərhələsində “Fənərbağça” doğma meydanda “Lokomotiv”i qəbul edib.
Korner.az-ın məlumatına görə, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra qonaqların futbolçusu Dmitri Tarasovun hərəkəti türk və rus mətbuatının əsas gündəmi olub. Futbolçu üzərində “Ən nəzakətli prezident Putin” yazılan futbolka ilə stadionu dövr edib.
Bu hadisə ilə bağlı türk azarkeşlər futbolçunun “İnstagram” hesabına hücum edib. Onlar Tarasovu, həyat yoldaşını təhqir edib. Bundan başqa bəzi hədələyici ifadələr də işlənilib.
Bu xəbəri bir neçə rus KİV-ləri də dərc edib. Onların da durumdan narahatçılığı göz önündədi.
