big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Türkiyəli şahmatçı: “Teymur Rəcəbovun uğursuzluğu mənim üçün sürpriz deyil” MÜSAHİBƏ

19.09.2016 , 17:03

Şahmat üzrə Türkiyə yığmasının üzvü Mustafa Yılmaz Bakıda keçirilən 42-ci Şahmat Olimpiadası haqda təəsüratlarını bölüşüb.

Yarışdan öncə ilk 20 yerdən birini tutmağı hədəfləyən komanda daha böyük uğura imza atıb. Türkiyə şahmatçıları olimpiadanı 6-cı yerdə tamamlayıb. Komandasına 7 xal qazandıran Mustafa Yılmaz korner.az əməkdaşının suallarını cavablandırıb:

– Olimpiada haqda təssüratlarınız?

– Bakı çox gözəl şəhərdi. Olimpiada oynadıqlarım arasında ən yaxşı təşkil olunanı idi. Həm otellər, həm də hər tərəfli çox bəyəndim.

– Bakıda daha çox haralara getdiniz?

– Hər axşam dostlarla bulvarda idik. “Tarqovı”ya (Nizami küçəsi) da tez-tez gedib dönər, şaurma yeyirdik. Çox xoşum gəldi və Bakıdan ləzzət aldım.

– Turnirdən əvvəl “ilk 20-liy”i hədəfləyən komanda üçün 6-cı yeri tutmağı uğur hesab etmək olar. Bu uğurun sirri nədə idi?

– Açığı, mən bu dərəcədə uğurlu çıxış edəcəyimizi gözləmirdim. Bunun əsas səbəbi püşk nəticəsində bizlə düşən rəqiblər oldu. Doğrudu, komandada hər kəs yaxşı oynadı. Ancaq reytinqdə bizdən üstün olan yalnız Norveçlə oynadıq ki, onlara da uduzduq. Bundan əlavə, reytinqdə və güc baxımından bizlə eyni səviyyədə olan Gürcüstan və Rumıniya komandalarını da məğlub etməyimiz komandanı üst sıralara daşıdı. Millidə 5 şahmatçı cəmdə 3 məğlubiyyət aldı, əlbəttə, bu amilin də təsiri böyükdü.

– Belə nəticə Türkiyədə şahmat mədəniyyətini daha çox inkişaf etdirəcək. Buna görə də, Batumidəki olimpiada, həmçinin digər turnirlərdən daha yüksək nəticələrə ümid etmək olar?

– Artıq hədəfimiz daha yüksək nəticələr olmalıdı. Bunun üçün peşəkar addımlar atılmalıdı. Sadəcə şahmat üçün maddi tərəfdən dəstək alsaq, hər şey mümkündü.

– Olimpiadada sizi təəccübləndirəcək sürpriz komandalar, nəticələr oldumu?

– Nəticə olaraq, İtaliyaya uduzmağımızı gözləmirdim. Komanda olaraq Çin və Azərbaycanın yaxşı nəticə qazanmaması sürpriz idi.

– Azərbaycan və Çin yarışdan öncə favorit komandalardandı. Sizcə Azərbaycanın bütün bu hazırlıqlara rəğmən yaxşı nəticə qazana bilməməsinin səbəbi nədi?

– Çində şahmatçılar yetəri qədər məsuliyyətli olmadılar. Li Çao və Vanq Yu gözləniləndən daha çox xal itirdi. Azərbaycana gəlincə, məncə, Şəhriyar Məmmədyarov hər zamanki kimi komandanın lideri idi və çox gözəl partiyaları oldu. Teymur Rəcəbovu artıq heç bir şahmat yarışlarında görmürəm. Bu səbəbdən onun uğursuzluğu məni təəccübləndirmədi. Nə qədər güclü şahmatçı olsan da, bu oyun üçün həmişə əziyyət çəkməlisən, çalışmalısan. Naydiç 4 oyun qələbə ilə başladı və ardıcıl 4 oyunda uduzdu. Arkadi stabil şahmatçı deyil. Məncə, bütün bunlar yekun nəticəyə təsir etdi.

– Azərbaycan millisində oynamaq təklifi gəlsə, necə dəyərləndirərsiniz?

– Öz ölkəmi təmsil etməkdən qürur duyuram, amma hazırda federasiyamız bizi kifayət qədər dəstəkləmir. Ona görə də, belə təklifi qəti surətdə qəbul edərdim. Amma belə bir şeyin olacağını düşünmürəm, çünki mənimlə eyni yaşda və eyni gücdə olan Vasif Durarbəyli var. O varkən mənə belə təklifin gəlməyi məntiqsizdi.

– Amma Vasif Durarbəyli və ya Qədir Hüseynov var ikən Arkadi Naydiçə şans verdik…

– Məncə də, Naydiçin oynaması yanlış qərar idi.

Mustafa Yılmaz FİDE reytinqində 2616 xala malikdi. Olimpiada ərzində bütün turlarda oynayan şahmatçı bir dəfə məğlub olub, 6 dəfə xalları yarı bölüb və 4 dəfə rəqiblərini təslim edib yekunda komandası üçün 7 xal toplayıb. 

Müsahibə AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

Son yazılar

To Top