Ötən gün Türkiyə Superliqasında XIII turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Mersin İdman Yurdu" doğma azarkeşləri önündə "Karabükspor"la qarşılaşıb. Mersin təmsilçisi bu görüşdə 3 xal qazanan tərəf olub.
Mövsümə uğurlu start götürən "Beşiktaş" isə "Akhişar"ı qonaq edib. "Qara qartal" 3 xalı 3 qolla qazanıb.
Qeyd edək ki, XIII turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.
23 noyabr
Türkiyə Superliqası, XIII turun oyunları
"Mersin İdmanyurdu" – "Karabükspor" – 2:1
Qollar: Nobre, 56-pen (1:0), Parlak, 62 (1:1), Stefanov, 89 (2:1)
"Beşiktaş" – "Akhisar Bələdiyyəspor" – 3:1
Qollar: Holosko, 3 (1:0), 7 (2:0), Hilbert, 39 (3:0), Asan, 63 (3:1)
24 noyabr
"Kasımpaşa" – "Orduspor"
"Elazığspor" – "Qalatasaray"
"Bursaspor" – "Antalyaspor"
25 noyabr
"Qaziantepspor" – "İstanbul BB"
"Fənərbaxça" – "Gənclərbirliyi"
"Sivasspor" – "Kayserispor"
26 noyabr
"Trabzonspor" – "Eskişehirspor"