Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Kemal Özdeş istefa verib.
Ötən gün Super Liqanın 19-cu turunda səfərdə “Beşiktaş”a 1:2 hesablı məğlubiyyətdən sonra o, vəzifəsindən ayrılmaq qərarına gəlib.
“Kasımpaşa” hazırda 22 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Özdeş 2016-cı ilin sentyabr ayından İstanbul klubunu çalışdırırdı.