….
"Antalyaspor" prezidenti Gültəkin Gəncər bildirib ki, "Nyu-York Siti"nin ulduz futbolçusu Andrea Pirlonun icarəsinin razılığını əldə ediblər.
Korner.az-ın məlumatına görə, bu xəbəri Türkiyə mətbuatı yayıb.
İtalyan futbolçu ilə danışıq aparandan sonra məsələ həllini tapıb və o, Superliqada oynamağa razılıq verib. İtaliya yığmasının futbolçusu Türkiyə klubunda 8 oyun keçirəcək:
"Biz Pirlo və agenti ilə danışdıq. Pirlo 8 oyuna razılıq verdi".