Branimir Subaşiç və Saşa Yunisoğlunun Türkiyə birinci liqa klubları ilə müqavilə bağlaması digər futbolçularımızı da hərəkətə keçirib.
Korner.az-ın məlumatına görə, Türkiyənin "Qaziantep BB" klubu iki azərbaycanlı futbolçunu baxışa dəvət edib.
"Bakı" klubunun sabiq futbolçusu, son mövsümü "Kəpəz"də keçirən Cəmşid Məhərrəmov və "Zenit" futbol məktəbinin yetirməsi Tural Hümbətov hazırda Qaziantep təmsilçisində baxışdadır.
