Bu gecə Bakı vaxtı ilə 23.00-da öz meydanında Estoniya ilə qarşılaşacaq Türkiyə yığmasının əsas heyəti bəlli olub.
Korner.az xəbər verir ki, bu oyunda Səlçuk İnanın əsas heyətdə yer alıb almayacağı maraq doğururdu.
"Qalatasaray"lı yarımmüdafiəçi hollandlarla oyunda olduğu kimi bugünkü görüşdə də "ilk 11-liyə" salınmayıb.
Abdullah Avcının start heyəti aşağıdakı kimidi:
Tolqa, Gökhan, Ömər, Semih, Həsən Əli, Əmrə, Mehmet Topal, Arda, Sərcan, Burak, Umut.
