Türkiyəli məşhur müğənni Nilufer 58-ci yaş gününü ölkəmizdə qeyd edib.
Korner.az-ın məlumatına görə, ad günündə Qəbələdə konsert verən Nilüfer tədbir sırasında xoş sürprizlə üzləşib – müğənniyə 10 nömrəli “Qəbələ” forması hədiyyə olunub. Bundan əlavə sənətçiyə “Qəbələ”nin xatirə plaketi də təqdim edilib. Müğənni diqqətə görə təşəkkürünü bildirib və konserti “Qəbələ” formasında davam etdirib.