Türkiyə klublarının avrokubok oyunlarını bu kanal yayımlayacaq
01.08.2023 , 11:28
REAL TV Türkiyə klublarının avrokubok oyunlarını yayımlayacaq.
Korner.az xəbər verir ki, qərar UEFA Konfrans Liqasına şamil olunacaq.
İlk olaraq bu gün “Fənərbağça”nın Moldovada yerli “Zimbru” ilə görüşü Bakı vaxtı ilə saat 21:30-dan etibarən təqdim ediləcək.
Avqustun 3-də isə azarkeşlər “Beşiktaş”ın Albaniyada “Tirana” ilə matçını izləyə biləcəklər. Bu qarşılaşma saat 22:00-da start götürəcək.
Qeyd edək ki, cütlüklərin ilk oyunlarında “Fənərbağça” 5:0, “Beşiktaş” isə 3:1 hesablı qələbə qazanıb.
