Bu gün futbol üzrə 2016-cı ildə Fransada keçiriləcək Avropa Çempionatının püşkatma mərasimi baş tutacaq.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbol azarkeşlərinin böyük maraqla izlədiyi Türkiyə millisinin də rəqibləri bəlli olacaq. Püşkdə 24 komanda iştirak edəcək və yığmalar 6 qrupa bölünəcək.
Bakı vaxtı ilə saat 21:00-da başlayacaq tədbir Parisdə baş tutacaq.
A qrupu: Fransa, Albaniya, Rumıniya, İsveçrə
B qrupu: İngiltərə, Uels, Slovakiya, Rusiya
C qrupu: Almaniya, Şimali İrlandiya, Polşa, Ukrayna
D qrupu: İspaniya, Türkiyə, Çexiya, Xorvatiya
E qrupu: Belçika, İrlandiya, İsveç, İtaliya
F qrupu: Portuqaliya, İslandiya, Macarıstan, Avstriya
