Artıq bir neçə diqqət çəkən hərəkəti ilə türklərə xüsusi rəğbəti olduğunu aydın şəkildə göstərən alman futbolçu Lukas Podolski ilə "Qalatasaray" klubu maraqlanır.
Korner.az-ın məlumatına görə, hələ "Köln" klubunda top qovarkən "Poldi"nin türk jurnalistlərə dəstək olduğu məlumdu. "Arsenal"da forma şansı tapa bilməyən təcrübəli hücumçuya "aslanlar" "qucaq açıb". "Qalatasaray"ın Lukas Podolskiyə "gəl və burada özünü yenidən sübut et" mesajının veriləcəyi gözlənilir.
Türklərə bağlı olan futbolçunun karyerasının son dövründə Türkiyədə forma geyinmək təklifinə isti baxdığı da deyilir.(türk mətbuatı)
