Türkiyəli oyunçu İngiltərə klubundan ayrılır?
28.02.2025 , 15:11

Türkiyə millisinin üzvü Altın Bayındır “Mançester Yunayted”dən ayrıla bilər.
Korner.az xəbər verir ki, 26 yaşlı qolkiperin xidmətində “Fulhem”in maraqlı olduğu iddia olunur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi qapıçını transfer edə bilməsə, icarəyə götürməyə çalışacaq.
Altının “Mançester Yunayted”lə hazırkı müqaivləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
