Türkiyəli idmançı karyerasını başa vurdu
26.04.2023 , 11:03

Gimnastika üzrə Türkiyə millisinin üzvü Göksu Üçtaş Şanlı idman karyerasını başa vurduğunu açıqlayıb.
Korner.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.
İdmançı paylaşımında ailəsinə və məşqçilərinə təşəkkür etdiyini bildirib:
“Uzun illərdir ki, çıxış etdiyim idman karyeramı kiçik bir plan dəyişikliyi ilə başa vurduğumu bildirmək istəyirəm. Ailəmə, anama və mənə inanan bütün məşqçilərimə təşəkkür edirəm. Sizlərə sahib olduğum üçün çox şadam. Məni izləyən və dəstək olan hər kəsə minnətdaram. Bütün komanda yoldaşlarıma isə uğurlar arzulayıram”.
