Türkiyə Futbol Federasiyası futbolçu Özer Hurmacını 6 aylıq bütün yarışlarda iştirakdan məhrum edib. Buna onun “Trabzonspor”la müqaviləsini haqsız şəkildə birtərəfli qaydada ləğv etməsi səbəb olub.
Trabzon təmsilçisi bu üzdən TFF-yə şikayət ünvanlayıb. Futbol qurumu məsələni araşdırdıqdan sonra Özerin günahkar olduğunu üzə çıxarıb. Nəticədə, futbolçu 6 aylıq cəzalandırılıb.
