Türkiyəli futbolçuları aparan avtobus aşdı – ÖLƏN VAR
29.04.2019 , 11:58

Türkiyə çempionatında çıxış edən “Alanyaspor” futbol klubunun futbolçularını daşıyan mikroavtobus qəzaya uğrayıb.
Hadisə zamanı “Alanyaspor”un yeddi futbolçusu xəsarət alıb. Onlardan Yosef Şural xəstəxanaya çatdırılarkən yolda keçinib. Digər futbolçuların müalicəsi isə davam etdirilir. Qəzaya səbəb kimi sürücünün yuxulaması qeyd olunub.
Qeyd edək ki, məlum hadisə “Kayserispor” klubu ilə oyundan qayıdan zaman baş verib.
