“Fənərbağça”nın müdafiəçisi Caner Erkinin yeni klubu müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu yeni mövsümdən İtaliya “İnter”inin şərəfini qoruyacaq.
Türkiyə millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2010-2016-cı illərdə “Fənərbaxça”da çıxış edən Caner keçirdiyi 157 oyunda 9 qol vurub.
