Türkiyəli futbolçu “Lester Siti”də
27.08.2023 , 17:58
“Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün icarə əsasında “Lester Siti”yə keçib.
Korner.az xəbər verir ki, klublar arasında müqavilə 2023/24 mövsümünün sonuna kimi hesablanıb.
23 yaşlı futbolçu “Qalatasaray”ın yetirməsidir. O, komandanın heyətində 61 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.