Türkiyəli futbolçu avtomobil qəzasında öldü – Fotolar
11.01.2022 , 11:55

Türkiyənin “Konyaspor” klubunun futbolçusu Ahmet Çalık vəfat edib.
Korner.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
2020-ci ildən “Konyaspor”da çıxış edən Ahmet 2017-2020-ci illərdə “Qalatasaray”ın uğurları üçün çalışıb.


