Türkiyəli futbolçu Avstraliya klubunda
15.06.2023 , 18:58

Türkiyəli futbolçu Tolqay Arslan karyerasını Avstraliyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Melburn”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Arslan ilə 2 illik müqavilə imzalanıb.
Türkiyədə “Beşiktaş” və “Fənərbağça” kimi klublarda forma geyinmiş Tolqay ötən mövsümü “Udineze”də keçirib.
