Türkiyəli futbolçu ağır zədə aldı
26.05.2023 , 10:11

İspaniyanın “Xetafe” klubunun futbolçusu Enes Ünal uzun müddətlik sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, Türkiyə millisinin forvardı komandasının “Betis”ə 1:0 hesabıyla qalib gəldikləri matçda ağır zədə alıb.
Futbolçu əməliyyat olunacaq və onun təxminən 6-8 ay müddətində yaşıl meydanlardan kənarda qalması gözlənilir.
