Türkiyəli futbolçu 2 oyun komandasına kömək etməyəcək
29.04.2025 , 23:53

“Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız 2 oyunda komandasına kömək edə bilməyəcək.
Korner.az xəbər verir ki, buna səbəb türkiyəli oyunçunun “Monza” ilə görüşdə (2:0) qırmızı vərəqə alması olub.
2 oyunluq cəzalanan 19 yaşlı futbolçu mayın 4-də “Bolonya”ya, mayın 10-da isə “Latsio”ya qarşı keçiriləcək matçları buraxacaq.
