Türkiyəli futbol azarkeşləri “Qarabağ”a dəstək olublar.
“Qalatasaray”, “Bursaspor”, “Trabzonspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Turqutluspor” klubunun fanatları “Sabah” qəzetində “Qarabağ” azarkeşlərini təhqir edən yazıya etiraz olaraq, doğma komandalarının oyunlarına A4 vərəqlərində “Qarabağ”ın və öz klublarının adı yazılmış vərəqlərlə gəliblər.
Aşağı liqa təmsilçisi “Turqutluspor” azarkeşləri isə oyunda “Ən kasıb, ən əzik, ən komik qələmlərə inad “Qarabağ” onurumuzdur” yazılmış pankart açıblar.
Qeyd edək ki, türkiyəli yazar Mevlüt Tezel “Qarabağ” – “Atletiko” oyununda Ağdam klubunun azarkeşlərin hazırladığı plakatla bağlı “Sabah” qəzetində “Ezik kareoqrafi” başlığı ilə xəbər yayımlayıb. Daha sonra isə xəbər saytdan silinib və Mevlüt Tezel “Qarabağ” azarkeşlərindən üzr istəyib.
