“Arsenal”ın baş məşqçisi Arsen Venqerin komandada qalması və uğursuz nəticələrə davam etməsi ona qarşı olan etiraz dalğasını gücləndirib.
Korner.az-ın məlumatına görə, İngiltərə ilə bərabər Avropanın digər ölkələrinin “topçular”ı da Venqeri komandadan göndərmək istəyir.
Belə etirazlardan biri də Türkiyədə olub. Belə ki, Manisa şəhərində ölkə kuboku çərçivəsində keçirilən “Akhisar Belediyespor” – “Başakşehir” oyununda azarkeşlər “Wenger Out” yazılan pankart açıb.
