Türkiyənin Dənizli şəhərində Ziraat Türkiyə kubokunun birinci turu çərçivəsində keçirilən
“Kızılcabölükspor” – “Elibol Sandıklıspor” (Afyonkarahisar) matçından sonra futbolçularla polislər arasında insident yaşanıb.
Korner.az-ın məlumatına görə, 90 dəqiqəsi 0:0 hesabıyla bitən qarşılaşmanın əlavə hissəsində ev sahibi komanda vurduğu qolla mərhələ adlayıb.
Oyundan sonra qonaqların bir rəsmisi hakimlər otağına girmək istəyib, ancaq polisin müqaviməti ilə üzləşib. Koridorda yaşanan səs-küyə qonaq futbolçular da paltardəyişmə otaqlarından çıxıblar. Nəticədə polislə ciddi qarşıdurma yaşanıb. Polis insident zamanı dubinkalardan istifadə edib. Futbolçulardan xəsarət alanların olduğu deyilir.
