Bu gün Türkiyənin Qaziantep şəhərində baş vermiş terror hadisəsi səbəbi ilə Spor Toto Basketbol Liqasının “Qaziantep” – “Fənərbağça” qarşılaşması təxirə salınıb.
Korner.az-ın məlumatına görə, matçın bu gün Bakı vaxtı ilə saat 16.00-da keçirilməsi planlaşdırılmışdı.
Görüşün hansı tarixdə keçiriləcəyinə Türkiyə Basketbol Federasiyası qərar verəcək.
