Türkiyədə bütün idman tədbirləri dayandırıldı
06.02.2023 , 16:20

Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri dayandırılıb.
Korner.az xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədəki bütün idman tədbirləri ikinci xəbərdarlığa qədər keçirilməyəcək.
