Yoldaşlıq görüşü çərçivəsində İsveçlə qarşılaşan Türkiyə millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “Qalatasarray”ın da şərəfini qoruyan Hakan Balta zədələnərək sıradan çıxıb.
Start heyətində meydana çıxan 33 yaşlı futbolçunun topuğu burxulub. Oyunu davam etdirə bilməyən “ay-ulduz”lu futbolçunun son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Türkiyə millisi İsveçə qalib gəlib – 2:1.
