Türk hakimlərin adı yenə oyun alqı-satqısında hallanır.
Korner.az-ın məlumatına görə, Antalyada təlim-məşq toplantısı çərçivəsində "Sonderyusk" (İsveç) – "Braşov" (Rumıniya) klublarının oyununu idarə edən türk hakimlər briqadası rumınların xeyrinə qəarlar qəbul etməsi isveçlilərin üsyanına səbəb olub.
İsveç klubunun rəsmilərindən olan Jakob Ravn oyunun gedişatında yaxn xətt hakiminə yaxınlaşdığını və
niyə görə belə qərarlar verməsini soruşub:
"İnanılmaz yan xətt hakimi idi. Mən ona oyunun gedişində yaxınlaşıb dedim ki, futbolçu 4 metrə qabaqda idi və ofsayd qərarı qəbul etməliydin. Sən özünü yaxşı hiss edirsən?. O, isə ofsayd olmadığını bildirdi. Hakim "Braşov" qazansın deyə nə lazım idi etdi və uddularda – 1:0".
"Sonderyusk"un futbolçusu Hansen də, "tvitter"də üsyan etdi:
"Biz hakimin qurbanı olduq. O, nə qarar istdəi qəbul etdi. "Braşov"un futbolçusu ofsaydda ikən o, davam qərarı verdi. Daha sonra hücumun davamında top qapı xəttini keçməmişdi. Hakim oyunu satdı. Türkiyədə oyun alqı-satqısının qurbanı olduq".