Türkiyənin məşhur boksçusu Sinan Şamil Sam dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, 1974-cü ildə Almaniyada doğulan Sam 9 dəfə Türkiyə çempionu, gənclər arasında dünya çempionu, Avropa çempionu və s. titulların sahibi olmuşdu.
Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən “Boğazın buğası” ləqəbli boksçu bu gecə vəfat edib.
