DÇ-2018-in seçmə mərhələsində Xorvatiya millisinin qonağı olacaq Türkiyə millisi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, “ay-ulduzlular”ın gənc futbolçusu Enes Ünal zədələnib.
Hollandiyanın “Tvente” klubunun futbolçusu son məşqlərin birində qasıq nahiyəsindən zədə aldığı üçün millinin heyətindən kənarlaşdırılıb.
Xorvatiya – Türkiyə matçı bu gün Bakı vaxtı ilə 22:45-də baş tutacaq.
