Türkiyə uduzdu, Rusiya qalib gəldi
17.06.2021 , 01:01

AVRO-2020-nin qrup mərhələsində II tura start verilib.
Korner.az xəbər verir ki, 6-cı oyun günündə 3 matç keçirilib.
ƏvvəlcəB qrupunda Finlandiya Rusiya ilə üz-üzə gəlib. Görüş Rusiyanın minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0.
Digər iki matç A qrupunda keçirilib. Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb. Oyun britaniyalıların 2:0 hesablı qələbəsi ilə bitib.
Günün son oyununda İtaliya Romada İsveçrə ilə qarşılaşıb. İtaliyanlar 3 cavabsız qolla qalib gələrək 1/8 finala vəsqiə qazanıb.
Avropa çempionatı
II tur
B qrupu
17:00. Finlandiya – Rusiya – 0:1
Qol: Mirançuk, 45+2
A qrupu
20:00. Türkiyə – Uels – 0:2
Qollar: Remzi, 42, Roberts, 90+4
Qaçırılan penalti: Beyl, 61
23:00. İtaliya – İsveçrə – 3:0
Qollar: Lokatelli, 26, 52, İmmobile, 89
