Türkiyənin "Medikal Park Antalyaspor" klubu transfer bombasını partladıb.
Korner.az-ın məlumatına görə, antalyalılar "Ayaks"ın gənc futbolçusu İsmail Aissati ilə müqavilə bağlayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb. Mərakeşli futbolçu formasının arxasında "İsmail" yazılmasını istəyib.
Qeyd edək ki, arxada qalan mövsümdə "Ayaks"ın heyətində 16 matça çıxan İsmail 2 qol, 5 asistend ilə yadda qalıb.
