2018-ci ildə ağırllıqaldırma üzrə Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilib
Qitə birinciliyi Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Martın 23-dən aprelin 1-dək keçiriləcək yarışın əvvəl Türkiyənnin Antalya şəhərində olması planlaşdırılırdı. Lakin bu ölkənin Dünya Ağırlıqqaldırma Federasiyası (IWF) tərəfindən bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi Çempionat üçün başqa şəhərin seçilməsinə səbəb oldu.
Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş iclasında Türkiyə ilə yanaşı, Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Buna səbəb sözgedən ölkələrin 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarında dopinq-testin təkrar analizlərinin müsbət nəticə verməsidir.
