Türkiyə superliqasını tərk edəcək ilk klubun adı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, superliqanın 31-ci turunda səfərdə “Rizəspor”a uduzan (0:2) “Mersin İdmanyurdu”nun elitanı tərk edəcəyi rəsmiləşib.
Sona üç tur qalmış aktivində 21 xalı olan Mersin təmsilçisi bundan sonrakı oyunların nəticəsindən asılı olmayaraq aşağı liqaya yuvarlanacaq.
