Türkiyə Superliqasında yeni mövsümə start
18.07.2019 , 18:28

Türkiyə Superliqasında yeni mövsümün başlama tarixi açıqlanıb.
Korner.az-ın məlumatına görə,Türkiyə 2019/2020 mövsümünə avqustun 16-ı start verəcək,2020-ci il mayın 17-si yekun vurulacaq.
İlk turun oyunları 16-19 avqust tarixlərində keçiriləcək.
Çempionatın ilk dövrəsi dekabrın 30-u başa çatacaq,yanvarın 17-də ikinci dövrə başlayacaq.
