Türkiyə superliqasında 12-ci turun oyunlarına start verilib.
İlk oyun gününə 4 qarşılaşma nəzərdə tutulub.
Turun açılış matçında “Konyaspor” öz meydanında “Mersin”ə 2:0 hesabı ilə qalib gəlib.
Günün digər qarşılaşmalarında “Fənərbaxça” səfərdə “Balıkesirspor”un qonağı olacaq. “Qalatasaray” isə evdə “Akhisar”la üz-üzə gələcək.
Qeyd edək ki, superliqada 12-ci tura dekabrın 8-ə keçiriləcək “Sivasspor” – “Kayseri Ərciyesspor” oyunu ilə yekun vurulacaq.
6 dekabr
Türkiyə superliqası, 12-ci tur
“Konyaspor” – “Mersin” – 2:0
Qollar: S.Ay, 66 (1:0), H.Kabze, 70 (2:0)
“Gənclərbirliyi” – “Qaziantepspor”
“Balıkesirspor” – “Fənərbaxça”
“Qalatasaray” – “Akhisar”
7 dekabr
“Bursaspor” – “Kasımpaşa”
“Rizəspor” – “Karabükspor”
“Eskişehirspor” – “Başakşəhər”
“Beşiktaş” – “Trabzonspor”
8 dekabr
“Sivasspor” – “Kayseri Ərciyesspor”
