Türkiyə Superliqası: “Trabzonspor” xal itirdi
28.01.2019 , 09:41

Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir. 3-cü oyun günündə daha 3 qarşılaşma keçirilib. “Rizəspor” evdə “Akhisar”ı, “Konyaspor” isə “Antalyaspor”u məğlub edib. “Trabzonpor” isə xal itkisi ilə üzləşib. Qaradəniz təmsilçisi səfərdə “Sivasspor”un müqavimətini qıra bilməyib – 1:1.
“Trabzonspor” 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən lider “Başakşəhər”in 38 xalı var. “Qalatasaray” 35 xalla 2-cidir. 31 xalı olan “Malatyaspor” 3-cü, 31 xala malik “Konyaspor” isə 4-cü sırada yer alıb.
Türkiyə Superliqası, 19-cu tur
27 yanvar
“Rizəspor” – “Akhisar” – 3:1
Qollar: E. Kokaliç, 14 (0:1), D. Melnyak, 70 (1:1), V. Muriç, 72 (2:1), P. Nakulma, 82 (3:1)
“Konyaspor” – “Antalyaspor” – 2:0
Qollar: M. Yevtoviç, 11 (1:0), N. Skubiç, 56 (2:0)
“Sivasspor” – “Trabzonspor” – 1:1
Qollar: A. Kone, 73 (1:0), A. Parmak, 75 (1:1)
