Türkiyə Superliqasının final mərhələsində növbəti oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, hər iki "dördlük"də daha bir qarşılaşma baş tutub.
Günün maraqla gözlənilən oyununda "Beşiktaş" və "Fənərbağça" üz-üzə gəlib. Bundan öncəki matçda "Şükrü Saracoğlu"da rəqibinə 1:2 hesabı ilə qalib gələn "sarı-lacıvərdlilər" bu uğuru səfərdə təkrarlaya bilməyiblər. "Qara qartallar" rəqibini görüşün 45-ci dəqiqəsində Huqo Almeydanın vurduğu yeganə qolu sayəsində məğlub etməyi bacarıblar. Bununla da "Fənərbağça"nın lider "Qalatasaray" ilə arasındakı xal fərqi 3-ə qalxıb.
Gecənin digər matçı Bursada baş tutub. Burada yerli "Bursaspor" "Eskişehirspor"u qəbul edib. Olduqca gərgin mübarizə şəraitində keçən matçda meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanmağı bacarıblar.
2 may
Türkiyə Superliqasında final mərhələsinin oyunları
"Qalatasaray" – "Trabzonspor" – 0:0
3 may
"Beşiktaş" – "Fənərbağça" – 1:0
Qol: Almeyda, 45 (1:0)
2 may
"Sivasspor" – "İstanbul BB" – 1:2
Qollar: Pedriel, 3 (1:0), Lima, 61 (1:1), Vebo, 90 (1:2)
3 may
"Bursaspor" – "Eskişehirspor" – 3:2
Qollar: Pinto, 43 (1:0), Batalla, 45 (2:0), 73 (3:2), Karadeniz, 66 (2:1), Erkan, 68 (2:2)
