Ötən gün Türkiyə Superliqasında XIV turun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə. “İstanbul BB” doğma azarkeşləri önündə “Sivasspor”u ikinci hissədə vurduğu qollarla məğlub edib.
"Antalyaspor" qələbə qazanarkən, "Eskişeherspor" vacib iki xal itirib.
Çempionluqa iddialı "Fənərbağça" isə səfərdə "Kayserispor"un qonağı olub. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında tərəflər hərəyə bir dəfə fərqlənməklə xallarıda yarı bölmüş olublar.
Qeyd edək ki, XIV tura bu axşam keçiriləcək “Gənclərbirliyi” – “Trabzonspor” oyunu ilə yekun vurulacaq.
30 noyabr
Türkiyə superliqasında XIV turun oyunları
“Qalatasaray” – “Qaziantepspor” – 1:1
Qollar: S.İbriçiç, 68 (0:1), Burak Yılmaz, 79 (1:1)
1 dekabr
“Karabükspor” – “Elazığspor” – 0:1
Qol: Kaloğlu, 73 (0:1)
“Aksihar Bələdiyyəspor” – “Bursaspor” – 2:2
Qollar: Asan, 16 (1:0), Fereyra, 58 (2:0), Şestak, 59 (2:1), Vederson, 77 (2:2)
“Orduspor” – “Beşiktaş” – 1:2
Qollar: Kabze, 24 (1:0), Toraman, 34 (1:1), Özyakub, 54 (1:2)
2 dekabr
“İstanbul BB” – “Sivasspor” – 2:0
Qollar: Holmen, 51 (1:0), Viska, 67 (2:0)
“Antalyaspor” – “Mersin İ.Y” – 1:0
Qol: Şişmanoğlu, 83 (1:0)
“Eskişehirspor” – “Kasımpaşa” – 2:2
Qollar: Kamara, 43 (1:0), Uçe, 72 (1:1), Eser, 79 (2:1), Buyuk, 84 (2:2)
“Kayserispor” – “Fənərbaxça” – 1:1
Qollar: Bobo, 84 (1:0), Kuyt, 89 (1:1)
3 dekabr
“Gənclərbirliyi” – “Trabzonspor”
