Ötən gün Türkiyə Superliqasında XV turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Elazığspor" doğma azarkkeşləri önündə "Mersin İdmanyurdu" klubu ilə qarşılaşıb. Elazığ təmsilçisi nəhayət ki, ilk ev qələbəsini qazanıb.
Superliqanın iki iddialı komandası "Beşiktaş" – "Eskişehirspor" duelində isə qalib müəyənləşməyib. Eskişeher təmsilçisi son dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.
Qeyd edək ki, XV turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.
7 dekabr
Türkiyə Superliqasında XV turun oyunları
"Beşiktaş" – "Eskişehirspor" – 2:2
Qollar: Holosko, 6 (1:0), Almeyda, 65 (2:0), Ateş, 83-pen (2:1), Nuhiu, 90 (2:2)
"Elazığspor" – "Mersin İdmanyurdu" – 1:0
Qol: Kaloğlu, 66 (1:0)
8 dekabr
"Kasımpaşa" – "Gənclərbirliyi"
"Qaziantepspor" – "Karabükspor"
"Bursaspor" – "Orduspor"
"Sivasspor" – "Qalatasaray"
9 dekabr
"Trabzonspor" – "Kayserispor"
"Akhisar Bələdiyyəspor" – "Antalyaspor"
"Fənərbaxça" – "İstanbul BB"
