Türkiyə Superliqasının final mərhələsində növbəti oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, ilk "dördlük"də bir qarşılaşma baş tutub.
Doğma divarlar arasında "Trabzonspor"u qəbul edən "Beşiktaş" rəqibinin müqavimətini qıra bilməyib. Komandalar ikinci yarıda vurduqları bir qolla görüşdən heç-heçə bilə ayrılıblar. Qeyd edək ki, qaradənizlilərin heyətində Burak Yılmaz və Qustavo Kolman ilk 45 və 90-cı dəqiqələrin tamamında qırmızı vərəqə ilə meydandan qovulublar
Turun mərkəzi qarşılaşması isə bu gün axşam saatlarında "Şükrü Saracağlu" stadionunda baş tutacaq. "Fənərbağça"nın qonağı olacaq olan "Qalatasaray"a heç-heçə də bəs edir ki, Fatih Terimin yetirmələri Türkiyə çempionu olsunlar. "Sarı-lacıvərdlilər"i isə bu görüşdə yalnıız və yalnız qələbə qane edəcək.
11 may
Türkiyə Superliqasında final mərhələsinin oyunları
"Beşiktaş" – "Trabzonspor" – 1:1
Qollar: Holosko, 70 (1:0), Adin, 85 (1:1)
Qırmızı vərəqə: Burak Yılmaz, 45, Qustavo Kolman, 90 (hər ikisi "Trabzonspor")
12 may
"Fənərbağça" – "Qalatasaray"
