Türkiyə Superkuboku: “Fənərbağça” finalda!
07.01.2026 , 11:15
Bu gün futbol üzrə Türkiyə Superkubokunda ikinci yarımfinal görüşü keçirilib.
Korner.az xəbər verir ki, “Fənərbağça” doğma meydanda “Samsunspor”u qəbul edib.
İstanbul təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılaraq finala yüksəlib.
Qeyd edək ki, “Fənərbağça” həlledici oyunda əzəli rəqibi “Qalatasaray”la üz-üzə gələcək. Final matçı yanvarın 10-da saat 21:30-da start götürəcək.
Türkiyə Superkuboku, yarımfinal
“Fənərbağça” – “Samsunspor” – 2:0
Qollar: K. Aktürkoğlu, 4; C. Duran, 67