Türkiyə Superkubokunun Bakıda keçirilməsi variantı reallaşmağa doğru gedir.
Korner.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası bununla bağlı AFFA-ya rəsmi məktub ünvanlayıb.
<span style=""font-family:Arial," helvetica,="" sans-serif;line-height:normal;"="">Sənəddə “Qalatasaray” və “Fənərbağça” komandaları arasında bu il avqustun 11-də baş tutacaq qarşılaşmanın ölkəmizdə keçirilməsi üçün müraciət əks olunub. AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş edilib.